Xəbər lenti

İdman 18:15 12.02.2024

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ” - "Braqa” oyununa bilet satışı davam edir.
 
Qaynarinfo-nun məlumatına görə, artıq 15 min bilet öz sahibini tapıb. 
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->