Xəbər lenti

“Qarabağ”ın sabiq futbolçusu: “Braqa”nın müdafiəsində kobud səhvlər var”
İdman 14:18 15.02.2024

“Qarabağ”ın sabiq futbolçusu: “Braqa”nın müdafiəsində kobud səhvlər var”

"Qarabağ”ın sabiq futbolçusu Zaur Ramazanov Avropa Liqasında baş tutacaq "Braqa” ilə oyundan gözləntilərini bölüşüb. 

Qaynarinfo-ya danışan veteran futbolçu rəqiblə Ağdam təmsilçisini müqayisə edib, zəif və güclü tərəfləri haqda fikirlərini bölüşüb:

"Sonuncu oyunlarına baxdım, 0:5 uduzdular. Heç də ürəkaçan oyun göstərmədilər. "Qarabağ”a uyğun rəqibdir. Birbaşa üstün deyillər. Düzdür, son vaxtlar "Qarabağ”da da çatışmazalıqlar görürük. Amma belə baxıram ki, bir-birinə eyni rəqibdir. Ona görə də şansları faiz nisbəti ilə 50-50-yə dəyərləndirirəm. "Braqa”nın müdafiəsində kobud səhvlər var, həmçinin "Qarabağ”da da. Demək oalr, eyni səviyyədə komandadır. Yəqin ki, rəqibi analiz ediblər. Hamımız istərdik ki, "Qarabağ”ımız mərhələni keçsin”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->