Xəbər lenti

İdman 12:23 15.09.2022

"Qarabağ" "Nant"la oyuna itkilərlə çıxacaq: Kimlər oynamayacaq?

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin "Nant"la oyununa itkilərlə çıxacaq.

Qaynarifno xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Çalışdırıcının sözlərinə görə, Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Digər zədəli Bədavi Hüseynovun durumu pis deyil və meydana çıxmaq ehtimalı var. O, artıq komanda ilə məşq edib. 

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.45-də start götürəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->