Xəbər lenti

İdman 14:36 10.07.2026

"Qarabağ" onunla belə vidalaşdı (VİDEO)

"Qarabağ” Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı klub rəsmi paylaşım edib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. 

2025-ci ilin yayından "Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub. 

Ağdam klubunun paylaşımını təqdim edirik: 


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->