Xəbər lenti

Qəbələdə dağlıq ərazidə yanğın başladı: Helikopter cəlb olundu
Ölkə 19:06 14.08.2023

Qəbələdə dağlıq ərazidə yanğın başladı: Helikopter cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Qaynarinfo-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Artıq yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd edilib ki, yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->