Xəbər lenti

Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı açıqlama: Bəzi görüşlərimiz oldu
Ölkə 23:55 09.07.2026

Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı açıqlama: Bəzi görüşlərimiz oldu

"Elvin Cəfərüuliyevlə bəzi görüşlərimiz oldu. Qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik”.

Teleqraf xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri” klubunu məğlub etdikdən sonra keçirilən mətbuat konfransında deyib.

Qurbanov Cəfərquliyevin komandada qalıb-qalmayacağı barədə suala belə cavab verib:
"Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz belə halla rastlaşsın. Fərqi yoxdur, azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın”.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->