Xəbər lenti

Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi
Maqazin 17:30 09.07.2026

Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi

Əməkdar artist, mərhum aktyor Həsən Əblucun qızı Elnaz Əbluc yaxınları və doğmalarından gileylənib.

Qaynarinfo xəbər verir ki, rejissor anasının vəfatından sonra doğmalarının onu tək qoyduğunu bildirib:

"Əvvəllər vəfat edən şəxsin yaxınlarını bir gün belə tək qoymazdılar. Qonşular evdən çıxmazdı. Biri gedər, biri gələrdi. Nə zalım bir dövrə gəlib çıxmışıq. Qovrul, nə qədər qovrulursansa..."

Xatırladaq ki, bir müddət əvvəl Həsən Əblucun həyat yoldaşı Firəngiz Əblucun səhhətində problem yaranmışdı. Aparılan müalicələrə baxmayaraq, Firəngiz Əbluc vəfat edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->