Sənət 14:50 26.01.2023

Ramiz Məlik: "Alternativ ittifaqda hikkəlilər və savadızlar toplaşmışdı”

"Kinosu çox zəif olan bir ölkədə iki kino ittifaqı kimə lazımdır? Mən heç Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın üzvü də deyildim”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Ramiz Məlik deyib. Aktyor bildirib ki, Azərbaycan Kinemotoqrafçılar İttifaqı fəaliyyətini Rüstəm İbrahimbəyovun siyasi baxışına görə dayandırmışdı:
 
"Sonra ona alternativ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yarandı. Boşluq olduğuna görə bəziləri ora üz tutdular. Mən onların heç bir tədbirlərində iştirak etmədim. Nə ad günümdə, nə Kino Günündə onlardan bir təbrik də almadım. Elə oldu ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqı yenidən Ədliyyə Nazirliyində təsdiq olundu”. 

Aktyor hər iki ittifaqın birləşəcəyinə ümid edir, amma:
 
"Bu alınmadı. Çünki o alternativ kino ittifaqında Şəfiqə Məmmədov başda olmaqla hikkəli, kinonu bilməyən savadsızlar toplaşmışdı. Onlar yeni yaranan Azərbaycan Kinemotoqrafçılar İttifaqını qəbul etmirdi. Özlərinin də əllərindən bir iş gəlmirdi, indi də bu məsələlər ortaya çıxdı, kimin kim olduğu bilindi. 1972-ci ildən ittifaqın üzvüyəm, vəsiqəm də özümdədir”. 

Bahar Rüstəmli