XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ramşteyn formatı: Müdafiə nazirlərinin növbəti iclası bu tarixdə keçiriləcək
Dünya12:19 26.01.2023

Ramşteyn formatı: Müdafiə nazirlərinin növbəti iclası bu tarixdə keçiriləcək

Fevralın 14-də NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun Ramşteyn formatında doqquzuncu iclası keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun saytında bildirilir.
Həmçinin fevralın 14-15-də Brüsseldə Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası planlaşdırılır. İclasa NATO-nun baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.
Xatırladaq ki, bundan əvvəlki görüş yanvarın 20-də baş tutub. Mütəxəssislər bu görüşü "zirehli” sammit adlandırıblar.
Ukrayna Prezident Ofisi ümid edir ki, növbəti Rammşteyn "aviasiya” sammiti olacaq.
Nizami Bağırov