Xəbər lenti

Rauf Vəliyevin rəhbəri olduğu qurum 3500 manat cərimələnə bilər (SƏBƏB)
Ekonomiks 18:53 30.10.2023

Rauf Vəliyevin rəhbəri olduğu qurum 3500 manat cərimələnə bilər (SƏBƏB)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, QSC rəhbərliyi barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 276-1. maddəsi ilə (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) yazılıb.

Sözügedən maddəyə əsasən, təhlükə potensiallı obyektlərin "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

İşə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, 22 oktyabr 2013-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->