Xəbər lenti

Dünya 19:12 10.08.2023

"Ruag MRO Holding"in rəhbəri İsveçrənin neytrallığına görə istefa verdi

İsveçrənin silah şirkəti "Ruag MRO Holding"in rəhbəri Bricit Bek hakimiyyətin Ukraynaya kömək etmək istəməməsi səbəbindən istefa verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin materialında deyilir.

Rusiya müharibəyə başlayandan sonra şirkətin direktoru hökuməti Kiyevi silahla təchiz etməyə fəal şəkildə çağırıb. Lakin rəsmi Bern bundan imtina edib. Bundan sonra Bek bir neçə qalmaqallı açıqlamalar verib.

Xüsusilə, 2023-cü ilin yazında o, iki dəfə hakimiyyəti tənqid edib. Üstəlik, "Ruag MRO Holding"in rəhbəri Almaniya və İspaniyaya İsveçrənin öz hərbi texnikasının təkrar ixracına qoyulan qadağaya məhəl qoymamağı və onu Ukraynaya təhvil verməyi tövsiyə edib.

Bek sonradan dediyi sözlərə görə üzr istəsə də, o, ölkənin neytrallıq qanununu pozmağa çağırışda günahlandırılıb. Lakin tərəflər münaqişənin müdafiə müəssisəsinin rəhbərliyini dəyişdirməklə həll etmək barədə razılığa gəldiyindən daxili araşdırma davam etdirilməyib.

"Mənim qərarım RUAG-a bir daha diqqəti həqiqətən vacib olan şeyə, yəni biznesə yönəltməyə imkan verməlidir”, deyə direktor bildirib.

Eyni zamanda, İsveçrə hakimiyyəti Ukrayna münaqişəsinin bu və ya digər tərəfini dəstəkləməkdən rəsmi imtina etməsinə baxmayaraq, rusların şəxsi aktivlərini dondurmaqda davam edir. Son məlumatlara görə, bloklanan vəsaitlərin ümumi məbləği 8,6 milyard dollara çatıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->