Xəbər lenti

Rüfət Nasosnu: Anarın ən məşhur əsərində də erotika elementləri var...
Maqazin 14:33 23.02.2026

Rüfət Nasosnu: Anarın ən məşhur əsərində də erotika elementləri var...

"Meyxananın mükəlləfiyyəti deyil ki, kimisə tərbiyyələndirsin".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu deyib. Onun sözlərinə görə, meyxana bu ədəbi bir incəsənət nümunəsidir:

"Heç teatrın, əsərin, romanın da borcu deyil ki, kimisə tərbiyyələndirsin. Azərbaycan ədəbiyyatında Yazıçılar İttifaqının sədri Anar Rzayevin ən məşhur əsərində erotika elementləri var. Söhbət onun "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından gedir. Əgər meyxanaçı romandakı elementləri, həmin səhnəni meyxana dilində canlandırsa, onu heç vaxt efirə verməzlər. Toyxanada, ya da məclislərdə deyilsə, hamı deyər tərbiyyəsizlikdir".

Meyxanaçı hesab edir ki, cəmiyyətdə yanaşmalar müxtəlifdir:

"Azərbaycanda əsas kimin nə dediyidir. Hamı sözü deyən şəxsin kimliyinə baxır. Bizdə yanaşma tərzi tam inkişaf etməyib, hərə öz prizmasından yanaşır".

Bahar Rüstəmli
--> -->