Xəbər lenti

Rus bölməsində hansı fənlər Azərbaycan dilində tədris ediləcək?
Ölkə 13:18 09.12.2025

Rus bölməsində hansı fənlər Azərbaycan dilində tədris ediləcək?

Azərbaycan tarixi fənni ilə yanaşı, digər fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan dili fənninin tədrisi genişlənir. Bəzi fənlər artıq Azərbaycan dilində keçirilir:

"Artıq ədəbiyyat, hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə  Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir.   Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->