Rusiyanın 14-cü Ordu korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski həqiqətən də Ukraynada öldürülüb.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Voronej vilayətinin qubernatoru Aleksandr Qusev
bildirib.
Qusev bildirib ki, Zavadski "xüsusi hərbi əməliyyat zonasındakı döyüş postunda” həlak olub.
"iStories" xəbər portal bildirib ki, Zavadski Rusiya tərəfindən ölüm xəbəri təsdiqlənən 7-ci və müharibə başlayandan bəri ölümü bildirilən 12-ci general olub.
Zavadskinin təltif edilmiş zabit və keçmiş tank komandiri olduğunu deyən Qusev onun ölümünün "böyük ağrıya” səbəb olan itki olduğunu söyləyib.
Qeyd edək ki, general-mayor Zavadskinin ölümü noyabrın sonunda məlum olub. Rusiya təbliğatçıları generalın noyabrın 28-də minaya düşdüyünü bildiriblər. Kremlyönlü media bunun dəqiq harada baş verdiyi barədə məlumat verməyib.
Nizami Bağırov
Şərhlər