Xəbər lenti

Rusiya nüvə böhranı: Qərb rəsmi təzyiq mexanizmini işə salır
Siyasət 18:48 05.05.2022

Rusiya nüvə böhranı: Qərb rəsmi təzyiq mexanizmini işə salır

Rusiya Müdafiə nazirliyinin açıqlamasına görə, bu ölkə Kalininqrad vilayətində nüvə başlıqlı raket zərbələrinin sınağını keçirib. Rus qoşunları nüvə başlıqlı "İsgəndər” mobil balistik raket sistemlərinin elektron buraxılışını sınaqdan keçiriblər. Görünən odur ki, Ukraynada çətin duruma düşən Rusiya yaranmış vəziyyətdən çıxmaq üçün nüvə silahından istifadə edəcəyi görüntüsü yaratmaq istəyir. Moskvanın həmin demarşı bu mənada sözsüz ki, NATO-ya qarşı ünvanlanıb. Belə ki, Rusiya ordusu məzh Qərbin Ukraynaya verdiyi yüksək döyüş qabiliyyətinə malik silahları hesabına burada irəliləyə bilmir. Bu fonda maraqlıdır, NATO-nun cavabı nə olacaq? 
 
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev düşünür ki, Moskvanın bu hərəkəti NATO tərəfindən cavabsız qalmayacaq:"Vaxtilə ABŞ öz raketlərini Türkiyə ərazisində SSRİ sərhədinə yaxın yerdə yerləşdirmişdi.
 
Buna qarışıqlıq olaraq SSRİ də öz nüvə başlıqlarını Kuba ərazisində yerləşdirdi. Ancaq sonradan bu məsələdə razılıq əldə olundu. SSRİ nüvə başlıqlarını Kubadan çıxardı. ABŞ-da anoloji addımı Türkiyədə atdı. Ondan sonra dünyada nüvə  başlıqlarının, orta və qısa mənzilli raketlərin qarşılıqlı olaraq ləğv edilməsi istiqamətində addımlar atıldı. Son olaraq bir neçə il əvvəl Vaşinqtonun Polşa və Çexiya ərazisində raketdən müdafiə sistemlərini yerləşdirməsi müqabilində bunu bəhanə gətirməklə Rusiya da Kalininqrad ərazisində İsgəndər raketləri yerləşdirdi.
 
Hansı ki, bu vəziyyət kifayət qədər gərginliyə səbəb oldu. Çünki mövcud tarazlığı pozurdu. İndi isə Rusiyanın Kalininqradda nüvə başlıqlarının sınağını keçirməsi onu deməyə əsas verir ki, ona qarşı ABŞ başda olmaqla NATO-da Polşa ərazisindəki raketlərini nüvə başlığı sisteminə keçirməlidir. Bu ən azından paritetlik yaratmaq və Rusiyanın hədə-qorxusuna cavab vermək üçün lazımdır. Əks halda Ukraynada ciddi itkilərə məruz qalan Rusiya son çıxış yolu kimi nüvə silahına əl ata bilər. Kalininqradda nüvə başlıqlarının yerləşdirilməsi və onun sınağının keçirməsi də bu mənada Moskvanın son mesajıdır. Aydın məsələdir ki, bundan sonra belə bir addım gözlənilə bilər. Hətta  Rusiyanın ən azından məcbur olaraq taktiki nüvə silahından istifadə edəcəyini düşünürəm. Rusiyanın belə bir hərəkətinə  cavab olaraq çəkindirici faktor kimi NATO-nun da belə bir addıma əl atıb, ən azından ciddi olduğunu göstərəcəyini düşünürəm. Heç bir halda Moskvanın hərəkəti cavabsız qalmayacaq”.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->