Xəbər lenti

Rusiya ölkədən getmək istəyən Qərb firmalarını bu cür ələ keçirəcək – Yeni qanun
Dünya 11:47 26.05.2022

Rusiya ölkədən getmək istəyən Qərb firmalarını bu cür ələ keçirəcək – Yeni qanun

Rusiya Ukraynaya müdaxiləsinin ardından ölkəni tərk etməyə qərar verən qərb şirkətlərinin yerli bizneslərinə nəzarəti ələ keçirməyə imkan verən yeni qanun irəli sürür.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bir neçə həftə ərzində qüvvəyə minəcək qanun Rusiyaya yerli iş yerləri və ya sənaye üçün təhlükə olan məqamlarda müdaxilə etməyə geniş səlahiyyətlər verəcək və Qərb şirkətlərinin ölkədən tez bir zamanda ayrılmasını çətinləşdirəcək.

Qanun layihəsi Rusiyadan çıxmaq istəyən "dost olmayan” ölkələrə məxsus şirktlərə administratorlar təyin etmək üçün yol açır. Dövlət tərəfindən təyin edilmiş inzibatçıya müsadirə edilmiş biznesi satmağa icazə veriləcək, onun keçmiş sahiblərinə isə Rusiyada bizneslə məşğul olmaq qadağan ediləcək.

Xarici investorların əmlakına həbs qoyulması qanunu "Starbucks”, "McDonald's” və pivə istehsalçısı "AB InBev” kimi qərb şirkətlərinin ölkədən getməsindən sonra ortaya çıxıb və hələ də Rusiyada qalan şirkətlərə təzyiqi artırır.

Qanunun irəli sürülməsi Qərbin sanksiyaları səbəbindən getdikcə daha çox geriləyən Rusiya iqtisadiyyatının ikirəqəmli inflyasiya fonunda tənəzzülə uğradığı bir vaxta təsadüf edir.

İtalyan kreditoru "UniCredit”, Avstriya bankı "Raiffeisen”, dünyanın ən böyük mebel markası, IKEA, fast food şəbəkəsi "Burger King” və yüzlərlə kiçik firmanın hələ də Rusiyada biznesləri var. İndi Rusiyadan getməyə çalışan hər şirkət bu sərt siyasətlə üzləşir.

Qanun layihəsi bu həftə parlamentin aşağı palatasında və ya Dumada birinci oxunuşdan keçib, lakin prezident Vladimir Putin tərəfindən imzalanmazdan əvvəl hələ iki əlavə oxunuş və yuxarı palatadan da keçirilməlidir.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->