Rusiyanın bir sıra bölgələrində mal-qaranın çıxarılması və məhv edilməsi üçün genişmiqyaslı tədbirlər qeydə alınır. Bu cür tədbirlər dabaq xəstəliyinə qarşı mübarizə protokolunda nəzərdə tutulub.
Qaynarinfo-nun məlumatına görə, Ukraynanın Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti bildirir ki, dabaq xəstəliyi heyvanlar arasında ən təhlükəli virus xəstəliklərindən biridir, sürətlə yayılır və cütdırnaqlı heyvanları yoluxduraraq heyvandarlıq sektoruna ciddi iqtisadi risklər yaradır. Dabaq xəstəliyi iri buynuzlu mal-qara, donuzlar, qoyunlar və keçilərdə müşahidə olunur.
Rusiya rəsmi qurumları bütün iddiaları təkzib edir. Onların versiyasına görə, heyvanlar dabaq xəstəliyinə deyil, pasterellyoz və quduzluğa yoluxur. Bundan əlavə, yerli orqanlar bu xəstəliklərin "mutasiyaları” barədə açıqlamalar verir, baxmayaraq ki, dünya praktikasında belə halların təsdiqi yoxdur. Eyni zamanda, genişmiqyaslı karantin məhdudiyyətləri və heyvanların kütləvi şəkildə məhv edilməsi bu tip xəstəliklər üçün qeyri-adi və həddindən artıq sərt tədbirlər hesab olunur.
Müşahidələrə əsasən, dabaq xəstəliyinin epidemiyası Sibirin bir sıra bölgələrində və yaxın ərazilərdə başlayaraq tədricən genişlənə bilər. Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi dabaq xəstəliyi ilə bağlı halları bildirməli idi, lakin bunu etməyib.
Aydın
Şərhlər