XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah"ın futbolçusu Fransa klubuna keçir?
İdman12:11 25.08.2026

"Sabah"ın futbolçusu Fransa klubuna keçir?

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev karyerasını Fransada davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Özbəkistanın “Tribuna” nəşri məlumat yayıb.

İddia edilir ki, Fransa Liqa 1-də çıxış edən “Lans” 22 yaşlı futbolçunu transfer siyahısına daxil edib. Klubun skautlarının Özbəkistan millisinin üzvünü mütəmadi izlədiyi bildirilir.

“Lans”ın yaxın vaxtlarda Raxmonaliyevin transferi ilə bağlı “Sabah”a rəsmi təklif göndərəcəyi gözlənilir.