Mədəniyyət və elm xadimlərinə fərdi təqaüd: yeni siyahı açıqlandı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir qrup mədəniyyət və incəsənət xadiminə Prezidentin fərdi təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, bu təqaüd 11 iyun 2002-ci ildən etibarən təsis edilib və Azərbaycanın ədəbiyyat, incəsənət, elm, təhsil, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsi, eləcə də onların sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.
Aylıq məbləği 1500 manat olan Prezidentin fərdi təqaüdü xüsusi xidmətləri ilə seçilən şəxslərə ömürlük verilir. Son sərəncamla təqaüdə layiq görülən 11 nəfər arasında sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova da yer alıb.
Sənubər Bağırova Qaynarinfo-ya açıqlamasında adının siyahıda olmasını yüksək qiymətləndirdiyini bildirib:
"Mənim xidmətlərim çoxdur. Əməyimi qiymətləndirənlərə təşəkkür edirəm".
O, həmçinin səhhəti ilə bağlı problemin olduğunu qeyd edib:
"Səhhətim yaxşı deyil, xəstələnmişəm. Müalicə alıram, hələ tam özümə gəlməmişəm, danışmaq da mənim üçün çətindir".
Bahar Rüstəmli
Şərhlər