Xəbər lenti

Sınaqlar zamanı
Ölkə 12:10 19.07.2026

Sınaqlar zamanı "Azərsilah"ın poliqonunda yanğın baş verdi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->