Xəbər lenti

Dünya 12:38 04.06.2022

Spiegel: Aİ-nin Rusiya neftindən imtina etməsi qiymət şokuna səbəb olacaq

Aİ ölkələrini Rusiya neftinin mərhələli şəkildə dayandırılması səbəbindən qiymət şoku gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel” jurnalı məlumat yayıb.
 
Eyni zamanda nəşr yazır ki, Aİ hökumətləri yanacaqdoldurma məntəqələrində endirimlər, subsidiyalar və vergilərin azaldılması ilə mənfi təsiri yumşalda bilər.

Brüsseldəki Brueghel Araşdırma Mərkəzinin rəhbəri Quntram Volfun sözlərinə görə, Aİ ölkələrinin elan etdiyi embarqo Rusiyaya da təsir edəcək, onun neft gəlirlərini azaldacaq, baxmayaraq ki, bu, 2023-cü ilin əvvəlinə qədər təsir etməyəcək. Energy Comment analitik mərkəzinin rəhbəri Şteffen Bukold Rusiya Federasiyasının Asiyada neftin yeni alıcılarını tapacağını hesab edir.

Bir gün əvvəl, iyunun 3-də Aİ Rusiyaya qarşı növbəti iqtisadi sanksiyalar paketini təsdiqləyib. Bu, müvafiq olaraq altı və səkkiz ay ərzində Rusiya neftinin və dəniz yolu ilə idxal edilən neft məhsullarının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. 2023-cü ilin sonuna kimi Aİ ölkələri Rusiyadan idxal olunan neftin 60%-dən imtina etməyə hazırlaşır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->