Xəbər lenti

STM-in növbəti səyyar tibbi aksiyası Corat qəsəbəsində keçirildi
Ölkə 16:48 16.07.2022

STM-in növbəti səyyar tibbi aksiyası Corat qəsəbəsində keçirildi

Sumqayıt Tibb Mərkəzinin (STM) "İcbari tibbi sığorta ilə sağlam yaşa!" şüarı ilə həyata keçirdiyi səyyar tibbi aksiyanın növbəti ünvanı Corat qəa səbəsi olub. 

Aksiya çərçivəsində Corat qəsəbəsində yaşayan 65 yaş və yuxarı yaş qruplarından olan 50-yə yaxın pasiyentin müayinəsi həyata keçirilib. 

Aksiya zamanı terapevt, oftalmoloq, kardioloq, LOR və USM həkimi pasiyentləri müayinə edib. Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib, tibbi göstərişlərə əsasən STM-in tabeliyində olan tibb müəssisələrində xidmətin verilməsi təmin olunacaq.
Aksiyada iştirak edən Corat qəsəbəsi sakinləri Sumqayıt Tibb Mərkəzinin bu addımını yüksək qiymətləndirib, məmnunluqlarını ifadə ediblər. 

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, tibbi aksiya iyulun 19-da "Stansiya Sumqayıt" yaşayış massivində yekunlaşacaq. 

Məlumat üçün bildirək ki, aksiya çərçivəsində ümumilikdə 150 nəfər 65 yaş və yuxarı pasiyent müayinədən keçirilir. 
Tibbi aksiyanın ilk günü isə Hacı Zeynalabdin qəsəbəsində olub. 

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->