Sumqayıtda bədbəxt hadisə baş verib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.
Belə ki, 70 yaşlı Əliflan Yarəliyev toy mərasimi zamanı halının qəfil pisləşməsi nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər