Xəbər lenti

Superliqa klubunun azarkeşləri bıçaqlı hücuma məruz qaldı
İdman 10:29 04.12.2023

Superliqa klubunun azarkeşləri bıçaqlı hücuma məruz qaldı

Türkiyə Superliqasının 14-cü turu çərçivəsində baş tutan "Adana Demirspor" - "Samsunspor" matçında dava düşüb.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşma zamanı baş verən davada "Samsunspor” azarkeşləri bıçaq və baltalı hücuma məruz qalıb. Bu barədə klubdan açıqlama verilib. Açıqlamada, oyun zamanı rəqib azarkeşlərin "Samsunspor" tərəfdarlarına bıçaq və digər kəsici alətlərlə hücum edildiyi bildirilib. Bu səbəbdən "Samsunspor" qanuni yollara baş vurduqlarını, vəkillərə müraciət etdiklərini və hücum edənlərin tezliklə tapöılıb cəzalandırılmasını gözlədiklərini də vurğulayıb.

Qarşılaşma "Samsunspor"un 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->