Türkiyənin "Eşkiya dünyaya hökmdar olmaz” (Bombacı Ender) və "Mən bu cahana sığmazam” (Mişon) seriallarından hər kəsin yaxşı tanıdığı aktyor Kemal Başar Azərbaycana gəlir.
Qaynarinfo xəbər verir ki, aktyor bu səfərində Gəncə Dövlət Dram Teatrında konsert verəcək. Konsertdə həmçinin Türkyənin sevilən aktyoru "Tatavalı” rolunun ifaçısı Engin Benli də qonaq qismində iştirak edəcək.
Mart ayına nəzərdə tutulan konsertə Türkiyədən başqa qonaqların da qatılacağı deyilir.
Aktyor Yusif Qafarovun Qaynarinfo-ya verdiyi məlumata görə, hazırda Gəncə Dövlət Dram Teatrında Əziz Nesinin "Toros canavarı” komediyasının məşqlərinə başlanılıb:
"Martın 27-də tamaşa təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru İstanbul Maltepe Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikaradır. Kemal Başar mənim yaxın dostumdur. Onu həmin tamaşanın premyerasına dəvət elədim. Dedi ki, gələrəmsə və bir konsert də verərəm. Biz də razılaşdıq”.
Bahar Rüstəmli
Şərhlər