Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub.
Report xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
19:42
Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Report"un Qərb bürosu xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.
19:30
Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Qidadan zəhərlənənlər 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.
Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.
Şərhlər