Dünya 23:17 28.02.2024

Təyyarənin uçuşu siçovullara görə 3 gün gecikdi

Şri-Lankada təyyarənin uçuşu siçovulun göyərtədə gizlənməsinə görə üç gün yubanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of India" yazıb.

ŞriLankan Hava Yollarının nümayəndələrinin sözlərinə görə, təyyarədə olan siçovul Pakistandan Kolomboya uçan sərnişinlər tərəfindən fərq edilib. Təyyarə eniş etdikdən sonra üç gün dayanacaqda dayanmalı olub.

Bu müddət ərzində mütəxəssislər siçovulun naqilləri çeynəyib-çeynəmədiyini yoxlayıblar. Bundan əlavə, heyvan təyyarədəki digər avadanlıqları da zədələyə bilərdi ki, bu da texniki işçilər tərəfindən diqqətlə yoxlanılıb.

Rəsmilər daha sonra təyyarənin yenidən xidmətə başladığını, lakin üç günlük fasilənin uçuşun gecikməsinə səbəb olduğunu deyib.

Aydın