Ölkə 09:31 07.06.2023

Toya gələn qonaq qəfil öldü

Neftçalada 46 yaşlı kişi qohumunun toyunda infarkt keçirǝrǝk ölüb.

Qaynarinfo xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Məmmədov iyunun 6-da rayonun Dördlər kəndində əmisi nəvəsinin kiçik toy məclisində olan zaman infarkt keçirǝrǝk vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədovun ürəyinə stend qoyulubmuş.

Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət izi aşkar olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.