Xəbər lenti

Tramp “Mark Milli edama layiqdir
Dünya 16:47 28.09.2023

Tramp “Mark Milli edama layiqdir" dedi, general tədbirlər görməyə başladı

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli özünün təhlükəsizliyini təmin etmək üçün "tədbirlər” gördüyünü bildirib. Bu bəyanat keçmiş prezident Donald Trampın Millinin "edam olunmağa layiq olduğunu” deməsindən sonra verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Keçən həftə Tramp Millini Tramp administrasiyasının son aylarında pərdəarxası "Çinlə danışıqlarda” ittiham edib. 

Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Millinin ayın sonunda hərbi komandan postunu tərk etməsi planlaşdırılır.
"Mən öz təhlükəsizliyimi və ailəmin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görəcəyəm", - Milli deyib. 

"Ölüm cəzasına layiqdir” mesajı ilə bağlı sualı cavablandıran general 44 ildən artıqdır ki, Konstitusiyaya sadiq əsgər olduğunu vurğulayıb. Onun sözlərinə görə, Konstitusiyanı dəstəkləmək və müdafiə etmək üçün ölməyə hazırdır.

Milli həmçinin bildirib ki, onun Çinə etdiyi zənglərdə yersizlik və ya xainliklə bağlı heç nə yoxdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->