Xəbər lenti

Tramp seçkiqabağı reytinqlərdə Baydeni ötdü
Dünya 16:15 24.09.2023

Tramp seçkiqabağı reytinqlərdə Baydeni ötdü

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində keçirilən sorğuda öz varisi Co Baydendən üstündür. .

Qaynarinfo xəbər verir ki, bunu "The Washington Post" və "ABC News"un birgə sorğusunun nəticləri göstərir.

Sorğunun nəticələrinə əsasən, Ağ Evin keçmiş rəhbərini respondentlərin 52%, hazırkı prezidenti isə 42%-ni dəstəkləyir.

Sorğuya görə, amerikalıların əksəriyyəti ümumiyyətlə Baydenin fəaliyyətindən narazıdır. Respondentlərin 56%-i onun dövlət başçısı kimi fəaliyyətini mənfi, yalnız 37%-i müsbət qiymətləndirir. Respondentlərin 48%-i Trampın nun prezidentliyinə müsbət yanaşır, 49%-i isə əks fikirdədir.

Qeyd edilir ki, amerikalılar Baydenin siyasətində mühüm məsələlərdən biri kimi Ukrayna mövzusuna soyuqqanlıdırlar. Belə ki, respondentlərin 41%-i hesab edir ki, ABŞ Ukrayna üçün artıq çox şey edib, respondentlərin 31%-i yardımın hazırkı məbləğindən razıdır, yalnız 18%-i Kiyevə daha çox dəstək tələb edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->