Xəbər lenti

İdman 16:27 24.10.2025

"Turan Tovuz" səfərdə "Karvan"ı məğlub etdi

Misli Premyer Liqasında IX tura "Karvan-Yevlax" - "Turan Tovuz" oyunu ilə start verilib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı Yevlax kollektivi açıb. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Alexandro Serrano 2 dəqiqə sonra hesaba tarazlıq gətiribsə, 77-ci dəqiqədə Roberto Olabe "Turan Tovuz"un qələbə qoluna imza atıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda 18 xalla turnir cədvəlinə başçılıq edir. "Karvan-Yelvax" isə 5 xalla onbirincidir.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->