İdman 11:14 28.06.2022

"Turan Tovuz" təcrübəli qapıçı ilə gücləndi

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" heyətini qapıçı ilə gücləndirib.
 
Qaynarinfo xəbər verir ki, vaxtilə "Turan"ın da şərəfini qorumuş təcrübəli qapıçı Kamal Bayramov Tovuz klubuna qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə bağlanıb. 
 
Əslən Tovuzdan olan Bayramov son mövsümü "Şamaxı"nın heyətində keçirib.
 
Səbuhi Həsənov