Türkiyə bankları ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi ilə əlaqədar Rusiya ilə işləyən şirkətlərin hesablarına xidmət göstərməyi dayandırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
Türkiyə bankları Rusiyaya mal tədarük edən şirkətləri aktiv şəkildə müəyyən etməyə və onların hesablarını bağlamağa başlayıb.
"Hazırda iki ölkə arasında qarşılıqlı hesablaşmalarda problemlər davam edir, Türkiyə banklarında malların Rusiyaya daşınması ilə məşğul olan şirkətlərin "sıxılması” halları daha tez-tez baş verir, onların köçürmələri bloklanır, hesablar tamamilə bağlanır”, - deyə Yerxov bildirib.
Xatırladaq ki, Rusiyadan ödəniş qəbul edən türk banklarına ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi Rusiya-Türkiyə ticarətinə ciddi zərbə vurub.
Alpər
Şərhlər