Dünya 20:48 06.09.2022

Türkiyə, Fransa və İtaliya SAMP-T sistemlərinin istehsalını müzakirə edəcək - Çavuşoğlu

Türkiyə, Fransa və İtaliya sentyabrda SAMP-T hava hücumundan müdafiə sistemlərinin istehsalını müzakirə etmək üçün texniki səviyyəli görüş keçirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

"Cari ayda heyətlər arasında texniki səviyyədə videokonfrans formatında görüşün keçirilməsi gözlənilir", - Çavuşoğlu bildirib.

Çavuşoğlu daha əvvəl bildirmişdi ki, Ankara Türkiyə, Fransa və İtaliyanın birgə səyləri ilə SAMP-T hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə intensiv danışıqlar aparır. Onun sözlərinə görə, Ərdoğan bu mövzunu Fransa prezidenti və İtaliyanın baş naziri ilə müzakirə edib. 

Çavuşoğlu sistemlərin istehsalının Türkiyədə qurulması ehtimalını etiraf edib.

Alpər