XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyənin Mosuldakı Baş Konsulluğuna hücuma XİN-dən reaksiya
Dünya11:59 27.07.2022

Türkiyənin Mosuldakı Baş Konsulluğuna hücuma XİN-dən reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün (27 iyul) səhər saatlarında ölkənin İraqın Mosul şəhərindəki baş konsulluğuna edilən hücumu kəskin şəkildə pisləyən bəyanat yayıb.
Qaynarinfo bu barədə Türkiyə Xarici İşlər Nazirliyin saytına istinadən xəbər verir.
Xarici İşlər Nazirliyi ölkənin Mosuldakı baş konsulluğuna hücumu pisləyərək, onu törədənlərin dərhal cəzalandırılmasını tələb edib.
Bəyanatın mətnində deyilir: 
"Heç bir itkiyə səbəb olmayan bu hücumu şiddətlə qınayırıq və günahkarların tez bir zamanda məsuliyyətə cəlb olunmasını gözləyirik. Biz İraq səlahiyyətlilərindən diplomatik və konsulluq işçilərini qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirmələrini tələb edirik.
BMT Təhlükəsizlik Şurasının iclası zamanı ölkəmizə qarşı haqsız ittihamlar səbəbilə həyata keçirilən bu hücum çox ciddidir.
Ona görə də biz bir daha İraq hakimiyyətindən tələb edirik ki, terrorla mübarizə məsələsinə diqqət yetirsinlər və qonşu dövlətlər və diplomatik nümayəndəliklər üçün təhlükə olan terrorçuların öz ərazilərində mövcudluğuna son qoysunlar”.
Qeyd edilir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Unco Keçeli Təhlükəsizlik Şurasının Zaxo bölgəsindəki hücumu nəzərdən keçirmək üçün keçirilən iclasında çıxışı ilə eyni vaxtda minaatan mərmiləri Türkiyənin Mosuldakı Baş Konsulluğu ətrafına düşüb.
M.Arif