Xəbər lenti

Ukrayna dronları Rusiyanın Krasnodar neft emalı zavoduna zərbələr endirdi
Dünya 11:24 01.09.2025

Ukrayna dronları Rusiyanın Krasnodar neft emalı zavoduna zərbələr endirdi

Sentyabrın 1-nə keçən gecə Rusiyanın Krasnodar diyarı pilotsuz aparatların hücumuna məruz qalıb, nəticədə yarımstansiyada və yəqin ki, neft emalı zavodunda yanğınlar baş verib.

Qaynarinfo xəbər verir ki, Krasnodar diyarının Operativ Qərargahının məlumatına https://t.me/opershtab23/14061 görə, Kropotkin şəhəri yaxınlığında dron qalıqlarının düşməsi nəticəsində yarımstansiyada yanğın başlayıb. Yanğın 80 m² ərazini əhatə edib və artıq söndürülüb. Hadisə nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

Dronlar həmçinin İlski qəsəbəsini də hədəf alıb, burada neft emalı zavodu yerləşir.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi həmin gecə 50 Ukrayna dronunun guya vurulduğunu açıqlayıb. Ukrayna tərəfi bu zərbələri hələ şərh etməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, dronlar kütləvi şəkildə Rostova hücum edib, nəticədə yaşayış binasının damında yanğın baş verib və 15 sakin təxliyə olunub. O vaxt Rusiya Müdafiə Nazirliyi PVO bölmələrinin gecə ərzində 26 Ukrayna dronunu, o cümlədən 15-ni Rostov vilayəti üzərində vurduğunu iddia etmişdi.

Həmçinin avqustun 15-də Sızran şəhərindəki neft emalı zavodu dronların hücumuna məruz qalmışdı. Daha sonra Samara vilayətinin qubernatoru bölgənin Ukrayna pilotsuz aparatlarının hücumuna məruz qaldığını təsdiqləmiş, lakin Sızran NEZ-ə zərbə barədə heç nə deməmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->