Dünya 08:33 17.05.2022

Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başladı

Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, "Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib:

"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün "Azovstal"dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”.

Malyarın sözlərinə görə, daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək.