"Dünən Vaşinqtonda baş verənləri, çox güman ki, hər biriniz izlədiniz. Bir qrup şəxsin strateji tədbir zamanı Prezident İlham Əliyevin qaldığı otelə soxulma cəhdi xəyanətdən, riyakarlıqdan başqa bir şey deyil".
Qaynarinfo xəbər verir ki, bu barədə açıqlamasında QHT sədri, politoloq Səbuhi Abbasov deyib:
"Təsəvvür edin ki, bir neçə satılmış azərbaycanlı otelə daxil olmaq, şüarlar səsləndirməklə təxribat törədir, buna da ilk reaksiya erməni diaspor təşkilatı olan ANCA-dan gəlir. Artıq oyunlar da gizli getmir, kartlar açıqdır, elə təhlükəlisi də budur. ANCA rəhbəri Frenk Pallone nəinki reaksiya verir, hətta açıq dəstək də nümayiş etdirir.
Frenk Pallone isə illərdir ki, anti Azərbaycan kampaniyalarına rəhbərlik edir.
Aydın məsələdir ki, Ermənistanın rəzil məğlubiyyəti, Azərbaycanın bütövləşməsi və İlham Əliyevin dünya səviyyədə reytinqinin qalxması bəzi dairələri, şəxsləri, hətta dövlətləri ciddi şəkildə narahat edir. Ancaq onların unutduğu bir məqam var: Nə edirlərsə etsinlər, İlham Əliyev hər zaman bir addım qabaqda olur".
Şərhlər