Xəbər lenti

Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı:
Ölkə 10:47 07.11.2025

Xanımı Vahid Əliyevin vəfat səbəbini açıqladı: "Sözə baxmadı"

"Həkimin dediyi məsləhətlərə əməl etmədi, onların dediklərinin əksini etdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamella Əliyeva aktyorun ölüm səbəblərindən danışarkən deyib. 

Onun sözlərinə görə, Vahid Əliyevin ölümünə səbəb xərçəng olub:

"Baxanda yaxşı görünürdü, adamın ağlına gəlməzdi ki, öləcək. Deməli yaxşı deyilmiş, proses gizlin gedirmiş, metastaz vermişdi. Ağ ciyərlərində xərçəng yaranmışdı. Dəfələrlə müalicə olundu, həkim dedi ki, sənə siqaret olmaz, Vahid də sözə baxmadı, çəkdi. Siqareti tərgitmədi".

Tamella Əliyeva Vahid Əliyevin qəfildən öldüyünü bildirib:

"Səhər yeməyini yedi, ordan-burdan danışdıq. İynəsini vurdum, yatdı, sonra da ayılmadı. Mənə onsuz çox çətin olacaq".

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev noyabrın 6-da dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->