Video 15:55 22.10.2023

Xəzər dənizi ilə bağlı qorxunc reallıq (VİDEO)

Suyun səviyyəsi son 10 ildə 114 sm enib.

Coğrafiya elmləri doktoru Səid Səfərov "Xəzər Xəbər”ə bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axımın azalmasıdır. Hətta Kür çayı son 2 ildə Xəzər dənizinə şirin su gətirmir.

Səid Səfərov onu da bildirib ki, Xəzər dənizində suyun azalması çaylarda axımın azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin artmasıdır.

Coğrafiya elmləri doktoru əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.

Səid Səfərov qeyd edib ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olur. Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.