Dünya 11:22 21.05.2022

Xodorkovski və Kasparov Rusiyada “xarici agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi şahmatçı Harri Kasparov və iş adamı Mixail Xodorkovskini "xarici agentlər” reyestrinə daxil edib.

Qaynarinfo "Meduza”ya istinadla xəbər verir ki, Xodorkovski və Kasparov "siyasi fəaliyyətlə məşğul olan” fiziki şəxslər – "xarici agentlər” siyahısına daxil edilib.

Rusiyanın Ədliyyə Nazirliyi Xodorkovskini Ukrayna ilə, Kasparovu isə Ukrayna və İnsan Hüquqları Fondu (Human Rights Foundation) ilə əlaqələndirib.
Xatırladaq ki, bundan əvvəl reper Əlişir Morgenştern də "xarici agentlər” siyahısına daxil edilmişdi.

İndi fiziki şəxslər siyahısında yeddi fiziki şəxs - "xarici agent” var. Xodorkovski, Kasparov, eləcə də aparıcı Yevgeni Kiselyov, jurnalist Matvey Qanapolski, Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern.
 
Alpər