
"Vahid məktəbli geyimini dəstəkləyirəm. Qanun hamı üçündür".
Bunu Xalq artisti Yasin Qarayev Qaynarinfo-ya açıqlamasında deyib.
O, təhsil aldığı illərdə Azərbaycan məktəblərində vahid məktəbli formasının olduğunu xatırladıb:

"Biz teatrdan məktəblərə gedər, tamaşalar oynayardıq. Müəllimlərlə də görüşlərimiz olurdu. Bəzən müəllimlər deyirdilər ki, "şagirdlərin yanında utanıram. 3-5 ildir məktəbə eyni jaketlə gəlirəm, amma dərs dediyim şagird şuba geyinir. Ona baxanda xəcalət çəkirəm". Məktəbdə varlı-kasıb bilinməməlidir, hamı eyni paltarda olmalıdır".
Xalq artistinin sözlərinə görə, vahid məktəbli forması tətbiq olunarsa, şagirdlərin diqqəti geyimə deyil, dərsə yönələr:
"Bu da şagirdlərin bilik və bacarıqlarının artırılmasına öz töhfəsini verəcək".
Bahar Rüstəmli