Xəbər lenti

Yeni hoteldə 45 nəfərə iş veriləcək (FOTO)
Foto 19:11 11.07.2026

Yeni hoteldə 45 nəfərə iş veriləcək (FOTO)

Prezident İlham Əliyev iyulun 11-də "Xankəndi” hotelinin açılışında iştirak edib.
 
Qaynarinfo məlumatına görə, dördmərtəbəli hotel binasında ümumilikdə 101 otaq var.

Otaqlardan 92-si "deluxe”, 4-ü "superior”, 3-ü "deluxe suite” və 2-si isə "executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər.

Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->