Xəbər lenti

Ölkə 10:24 18.11.2023

Yeni müdafiə sənayesi naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni müdafiə sənayesi naziri təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Vüqar Valeh oğlu Mustafayev təyin edilib.

Yeni nazir 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, "Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.

Vüqar Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə "Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->