Xəbər lenti

Ölkə 11:09 13.01.2024

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz ki, Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub. Müvafiq sərəncama əsasən, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Qaynarinfo xəbər verir ki, Hidayət Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə "Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan "Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Prezidentin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->