Ölkə 19:51 15.11.2023

Zaxarova: "Moskva Bakının Qarabağa qayıdan ermənilərə zəmanətlə bağlı bəyanatlarını alqışlayır"

"Rusiya Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təminatı ilə bağlı bəyanatlarını alqışlayır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz Azərbaycan Prezidenti Administrasiyasının yüksək rütbəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Hesab edirəm ki, bu, çox düzgün və vaxtında siqnaldır. Moskva Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə hər cür kömək edəcək. Biz bu regionun və ərazilərin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün çoxlu cəhdlər qeydə alırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, bəziləri hansısa xəyali təhdidlərlə qorxudulur, digərlərinə isə evlərindən heç nə qalmadığı barədə yalan məlumat verilir.

"Bu, doğru deyil, ən azı biz indi fəal şəkildə aparılan bu informasiya kampaniyalarını görürük. Mənə elə gəlir ki, biz Azərbaycan Prezident Administrasiyasının nümayəndəsinin rəsmi bəyanatlarına və Rusiya hökumətin məlumatlarına əsaslanmalıyıq”, - deyə Zaxarova yekunlaşdırıb.