Xəbər lenti

Zelenski Hakan Fidanla görüşdü
Dünya 18:04 25.08.2023

Zelenski Hakan Fidanla görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski və Fidan öz sosial şəbəkələrində məlumat paylaşıblar.

Ukrayna prezidenti sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq və Qara Dəniz Taxıl Dəhlizinin Rusiya tərəfindən əngəllənməsi riskləri kimi mühüm məsələlərin müzakirə edildiyini açıqlayıb.

Bundan əvvəl media Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən Fidanın Ukraynaya səfər planları barədə məlumat yayıb.

Hakan Fidan Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovla da görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı ikitərəfli və regional gündəliyin aktual məsələləri müzakirə edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->