Xəbər lenti

Dünya 18:44 09.04.2024

Zelenski Qərbə xəbardarlıq etdi - Kiyev məğlub olarsa... (ŞƏRH)

"Qərbin Ukraynaya verdiyi dəstək davamlı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın dəstəyi olmasa savaşı uduzacağı barədə açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ-ın dəstəyi dedikdə, Zelenski bütövlükdə Qərbin dəstəyini nəzərdə tutur:

"Kollektiv Qərbin aparıcı qüvvəsi qismində ABŞ, NATO və Avropa İttifaqı çıxış edir. Aİ-nin Ukraynaya dəstəyi də məhz NATO çərçivəsində nəzərdə tutulur. Bu mənada Zelenskinin ABŞ-ın dəsətyi olmasa savaşı uduzacağı ilə bağlı açıqlaması Qərbin dəstəyinin son zamanlar qənaətbəxş olmadığına işarədir".



Taleh Əliyev qeyd edib ki, ABŞ Konqresində Ukraynaya yardım paketinin ayrılmasının uzanması fonunda, Aİ ölkələrinin anoloji dəstəyində xeyli artım var:

"Lakin bütövlükdə Ukraynaya verilən dəstəyin əhəmiyyətli hissəsini ABŞ-ın yönəltdiyi dəstək təşkil edir. Ona görə də ABŞ tərəfindən birbaşa dəstəyin  azalması Ukrayna cəbhəsində əhəmiyyətli geriləməyə səbəb ola bilər. Bununla yanaşı, ABŞ-ın dəstəyinin tamamailə dayanacağını da düşünmürəm. Bu günlərdə Böyük Britaniya və Fransa XİN-lərinin bigə imzası ilə mətbuatda dərc olunan yazıda da qeyd olunur ki, Ukrayna cəbhəsində qələbə Qərbin qələbəsidir, məğlubiyyət isə eyni dərəcədə onun məğlubiyyəti kimi başa düşülməlidir. Bu mənada verilən dəstəyin bundan sonra da davamlı olacağını düşünürəm. Qərbin Ukrayna məsələsində yanaşması Rusiyanın strateji cəhətdən çökdürülməsinə nail olmaqdır. Bunun da başlıca məqsədi Rusiyanı hərbi əməliyyat, sanksiyalarla bitirməkdən ibarətdir". 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskidən yeni yardım paketinin ayrılması məsələsində ABŞ Konqresinin dəstəyi olmadan Ukrayna üçün çox çətin olacaq, Kiyev münaqişədə uduzacağını etiraf edib. 

"Konqresdən bu dəstək olmasa, bizim üçün nəinki qalib gəlmək, hətta dayanmaq da çox çətin olacaq... Konqresə konkret deməliyik: Konqres Ukraynaya kömək etməsə, Ukrayna müharibəni uduzacaq", deyə Zelenski Ukraynaya dəstək beynəlxalq təşəbbüsün iştirakçıları ilə onlayn görüş zamanı bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->