Litva prezidenti Gitanas Nauseda bildirib ki, NATO ölkələri arasında gərgin müzakirələrə baxmayaraq, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna qarşısında onu məyus etməyəcək öhdəliklər barədə razılığa gəlmək mümkün olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə LRT məlumat
yayıb.
"Və mən hiss edirəm ki, biz istənilən halda ukraynalıları məyus etməyəcək və öyrəşdiyimizdən daha çox şey söyləyəcək həmin o ifadələri tapacağıq", deyə Litva prezidenti bilirib.
Litva prezidentinin sözlərinə görə, bəzi NATO ölkələri Vilnüsə Ukraynaya təhlükəsizlik zəmanəti vermək öhdəliyi ilə gələcəklər və artıq Kiyevin Alyansa inteqrasiyasını gücləndirmək üçün Ukrayna-NATO şurasının yaradılması haqqında razılaşma var. O, ukraynalıların Alyansa qoşulmaq istəyini də dəstəkləyib.
"Bəli, NATO-nun qapıları açıqdır, lakin bəzi ölkələr üçün onlar çox tez açılır, digərləri isə bu qapıları heç tapa bilmirlər və hesab edirəm ki, ukraynalılar niyə bu gün NATO-nun üzvü deyillər deyə sual verməkdə çox haqlıdırlar”, deyə o vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna lideri Volodimir Zelenski Vilnüs sammitindən "hər şey olmasa da”, çox şey əldə edəcək.
"Ümid edirəm ki, prezident Zelenski Vilnüsə gələndə maksimum planlarında ümid etdiyi hər şeyi əldə etməyə bilər, amma mütləq çox şey əldə edəcək", deyə Nauseda bildirib.
Prezident bəyan edib ki, o, müharibədən sonra bu və ya digər formada Alyansa qoşulmaq üçün dəvətin olmayacağını "qəti şəkildə bəyan etməyəcək".
Eyni zamanda, onun sözlərinə görə, bu, "minimum proqram” olmayacaq, çünki belə bir proqram NATO-Ukrayna şurasının əlavə edilməsi və dəstək öhdəlikləri ilə Buxarest sammitinin təkrarı olacaq:
"Düşünürəm ki, biz proqram minimumundan yuxarı olacağıq, amma hadisələri qabaqlamaq istəmirəm. Hər halda, daha iddialı mətni (Ukraynanın üzvlüyü ilə bağlı) nəinki bir, iki, hətta dörd dövlətdən də çoxdur və hazırda belə dövlətlərlə daha ehtiyatlı dövlətlər arasında dialoq gedir və ümid edirəm ki, bu, qarşılıqlı məqbul şəkildə bitəcək".
Nizami Bağırov
Şərhlər