Xəbər lenti

İdman 18:03 28.10.2023

"Zirə" "Səbail"ə qalib gələ bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Qaynarinfo xəbər verir ki, günün ilk oyununda "Zirə" "Səbail"i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 19-cu dəqiqədə İssa Cibrilla, 78-ci dəqiqədə Rüstəm Əhmədzadə vurub. "Dənizçilər"in heyətində isə 31 və 34-cü dəqiqələrdə Pedro Nuno fərqlənib.

"Zirə" 21 xalla liderliyini davam etdirir. "Səbail" 18 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->